İsveç səfiri Türkiyə XİN-ə çağırıldı - Etiraz

 01:42 21.04.2021     44

İsveçin Türkiyədəki səfiri Staffan Herrström Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, İsveç müdafiə naziri Peter Hultqvistin PKK və YPG terrorçuları ilə görüşünün ciddi etirazla qarşılandığı səfirin diqqətinə çatdırılıb. Həmçinin bildirilib ki, isveçli nazirin terrorçularla görüşü XİN-dən tərəfindən sərt şəkildə qınanılır.

Qeyd edək ki, P. Hultqvist ölkəsinin YPG və PKK-ya uzunmüddətli yardıma hazır olduğunu bildirmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/553292.html