Qaradərilini öldürən polisi 40 ilədək həbs gözləyir

 02:05 21.04.2021     47

ABŞ-da qaradərili vətəndaş - Corc Floydu öldürən keçmiş polis əməkdaşı Derek Şauvin məhkəmədə hər üç ittiham üzrə təqsirli bilinib.

Axar.az xəbər verir ki, indi D.Şauvini 40 ilədək həbs cəzası gözləyir. Hökm 2 ay ərzində açıqlanmalıdır.

Xatırladaq ki, ötən il Minneopolis şəhərində qaradərili Corc Floydun öldürülməsi ABŞ-da ciddi etirazlara və qəzəbə səbəb olmuşdu.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/553296.html