Bakıda kirayə mənzillər ucuzlaşıb

 07:22 21.04.2021     32

Bakıda mart ayında kirayə mənzil bazarında qiymətlərdə ucuzlaşma qeydə alınıb.

Milli.Az bildirir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, mart ayında Bakıda kirayə mənzil qiymətləri 6.6 faiz ucuzlaşıb.

Ekspertin sözlərinə görə, ucuzlaşmanın səbəbi pandemiya ilə əlaqədar olaraq kirayə mənzillərə tələbatən azalmasıdır.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq ali təhsil müəssələrinin işləməməsi, xarici ölkələrdən turistlərin gəlməməsi nəticəsində kirayə mənzillərə tələbat xeyli azalıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/941549.html