"Çelsi" "Brayton"la heç-heçə etdi

 07:44 21.04.2021     32

İngiltərə Premyer Liqasının 32-ci turunun növbəti oyununda Londonun "Çelsi"si "Brayton"la heç-heçə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş Böyük Britaniyanın paytaxtındakı "Stemford Bridj" stadionunda boş tribunalarla keçirilib.

Oyundan sonra "Çelsi" 55 xalla İngiltərə çempionatının turnir cədvəlində dördüncü sıradadır.

34 xal toplayan "Brayton" 16-cı sırada qərarlaşıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/941551.html