ABŞ-da sabiq polis Corc Floydun ölümündə təqsirli bilinib

 08:06 21.04.2021     35

Minneapolisdə (Minnesota ştatı, ABŞ) münsiflər məhkəməsi qaradərili Corc Floydun qətlində ittiham olunan sabiq polis Derek Şovini bütün maddələrlə təqsirli bilib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə hakim Peter Kehill məlumat verib.

D.Şovin ikinci və üçüncü dərəcəli, yəni qəsdən olmadan, eyni zamanda ehtiyyatsızlıq ucbatından ikinci dərəcəli qətldə təqsirli bilinib. Bu maddələrdən ən ağırı ikinci dərəcəli qətldir ki, buna görə 40 il həbs cəzası kəsilə bilər.

Hakim D.Şovinə təxminən 8 həftə ərzində hökmün çıxarılacağını bildirib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/941553.html