Yol polisi avtoxuliqanlara qarşı reyd keçirdi - FOTO

 08:24 21.04.2021     28

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülərə qarşı tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, reyd zamanı polis əməkdaşları sürücülərlə profilaktiki söhbətlər apararaq, şəhər ərazisində qanunla müəyyən edilmiş sürət həddində hərəkət etməyi, avtomobillər arası ara məsafəsinin saxlanılması, dayanma-durma və digər zəruri qanunlara riayət etdilməsi barədə tövsiyələr verib. Bundan başqa avtomobildə konstruksiya dəyişikliyi aşkar edilən sürücülər barəsində də qanunamüvafiq tədbir görülüb.

Reyd zamanı şəhər sakini, 24 yaşlı Eltun Həmidlinin idarə etdiyi “VAZ-2115” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. Həmin şəxs barəsində DYPŞ-in əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilən E.Həmidli sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib.

Göygöl rayonunda da analoji tədbirlər davam etdirilir. Sərxoş halda avtomobillərin idarə olunması və baş verə biləcək qəzaların qarşının alınması məqsədi ilə mütəmadi olaraq reydlər keçirilir. Keçirilən reydlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri, sürücülük hüququ olmadan idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbirlər görülüb. Həmçinin avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib. Həmin sürücülər yol polisinin topladığı sənədlər əsasında məhkəməyə təqdim olunub və barələrində inzibati qərar çıxarılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neqliyyat/353539.html