Suriyanın prezidentliyi uğrunda mübarizəyə ilk dəfə qadın qatılacaq

 08:39 21.04.2021     36

Suriyada ilk dəfə namizəd olaraq prezident seçkilərində qadın iştirak edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, 50 yaşlı Dəməşq sakini Faten Əli Naharın prezident seçkilərinə müstəqil namizəd olaraq qatılır.

Ondan əlavə, daha iki nəfərin dövlət başçısı postu uğrunda mübarizədə iştirak edəcəkləri açıqlanıb.

Ölkənin hazırkı prezidenti Bəşər Əsəd özü hələ seçkilərdə iştirak etmək üçün müraciət etməyib, lakin tezliklə bunun baş verəcəyi gözlənilir.

Xatırladaq ki, Suriyada prezident seçkiləri 26 mayda keçiriləcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/941554.html