Koronavirusa yoluxan bəxtsiz aktrisanın üstünə qaynar su da töküldü - FOTO

 09:11 21.04.2021     26

Türkiyəli məşhur aktrisa Qonca Vuslateri koronavirusa yoluxub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, müalicəsinə xəstəxanada davam edən aktrisanın üstünə belindən aşağı qaynar su tökülüb.

Belə ki, Vüslateri rahat nəfəs ala bilmək üçün qaynar suyun içinə kəklikotu yağı töküb. Ehtiyatsızlıqdan bir qazan qaynar su onun üstünə aşıb.

"Qışqırıqlarımla bütün İstanbulu ayağa qaldırdım", - deyə o sosial şəbəkə hesabında yazıb.

Aktrisa qeyd edib ki, kök hüceyrə müalicəsi ilə tezliklə ayağa qalxacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/941573.html