Bakıda bu mənzillərin qiyməti ucuzlaşdı

 21:33 21.04.2021     56

Bakıda mart ayında təkrar mənzil bazarında qiymətlər ucuzlaşıb.

Axar.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə mart ayında təkrar mənzil bazarında qiymətlərin 2,4 faiz ucuzlaşdığını deyib. Ötən ay ilkin mənzil bazarında orta qiymət 1668 manat/kv.m təşkil edib.

İlkin mənzil bazarında isə bahalaşma qeydə alınıb. Belə ki, mart ayında bu bazarda qiymətlər 3,11 faiz bahalaşıb, orta qiymət isə 1394 manat/kv.m təşkil edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/553488.html