Göygöldə 35 yaşlı qadın sirkə turşusundan zəhərləndi

 21:36 21.04.2021     49

Göygöl rayonunda qadın sirkə turşusu içərək özünü zəhərləyib.

Publika.az xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Kənd sakini, 35 yaşlı Sevda Alınağıyeva hələ ki, məlum olmayan səbəblərdən sirkə turşusu içərək özünü zəhərləyib.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/353623.html