Özbəkistan əhalisinin sayı 35 milyona yaxınlaşır

 21:50 21.04.2021     52

Aprelin 1-nə olan məlumata görə, Özbəkistanın əhalisi 34,7 milyon nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ilin əvvəlindən ölkə əhalisi 136,7 min nəfər artıb. Artım bu səviyyədə qalarsa, ilin sonunadək əhalinin sayı 35 milyonu ötəcək.

Məlumatda qeyd olunur ki, hazırda ölkədə 17,2 milyon qadın, 17,5 milyon kişi qeydə alınıb.

Əhalinin sıxlığına görə Səmərqənd vilayəti birinci yerdədir (4 milyon), Fərqanədə 3,8 milyon, Qaşqadərya vilayətində 3,3 milyon nəfər yaşayır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/941667.html