Oruc beyni gəncləşdirir - Professor

 21:54 21.04.2021     44

Oruc sinir hüceyrələrinin bərpasını təmin edən BDNF zülalının artmasını təmin edir. Bu, insanı xroniki nevroloji xəstəliklərdən qoruduğu kimi, yaddaşı da gücləndirir.

Milli.Az xəbər verir ki, bu sözləri türk professor Dərya Uludüz deyib. Professorun sözlərinə görə, iki-üç həftəlik orucdan sonra xolesterin səviyyəsi tənzimlənir, insult və ürək xəstəliklərinin yaranma riski aşağı düşür.

Həkimin orucun faydaları haqqında fikirlərini təqdim edirik:

1. Oruc zamanı beyin adətən istifadə etdiyi enerji mənbəyi olan qlükoza əvəzinə yağları parçalayaraq ketonlardan enerji olaraq istifadə edir. Ketonlar eyni zamanda beyin üçün səmərəli enerji mənbəyidir. Həmçinin, daha çox enerji əldə etmək üçün enerji istehsal edən mərkəzlərin sayını artırır. Mitokondriyanın çoxalması bədənin cavanlaşması deməkdir.

2. Oruc bədəndəki sinir hüceyrələrinin bərpasını təmin edən BDNF zülalının artmasını təmin edir. Bu, sizi xroniki nevroloji xəstəliklərdən qorumaqla, yaddaşınızı da gücləndirir.

3. İki-üç həftəlik orucdan sonra xolesterin səviyyəsi tarazlaşır. İnsult və ürək xəstəliklərindən qoruyur.

4. Təzyiqi aşağı salır. Qan təzyiqi yüksəkdirsə, beyinə qan dövranı azalır. Sinir hüceyrəsi qida və oksigensiz qalır. Bu, xroniki xəstəliklər və beyin iflici üçün zəmin yaradır.

5. İltihabı və oksidləşdirici stressi azaldır. Qlükozadan enerji olaraq istifadə edildikdə oksidləşdirici stressə səbəb olur. Keton istifadəsi oksidləşdirici stressin qarşısını alır və bir növ antioksidant rolunu oynayır.

6. Oruc immuniteti daha da gücləndirir. Leykosit hüceyrələrimizin yenilənməsinə imkan verir. Orucun immuniteti zəiflətməsi fikri əslində səhvdir. Ramazanda immunitetin zəifləməsinin səbəbi oruc deyil, yuxu rejimindəki pozuntularla bağlıdır.

7. Diabet cədvəlini tərsinə çevirir. İnsulin müqavimətini artırır.

8. Beyində orucla yeni sinir hüceyrələri əmələ gəlir. Bu, neyroplastik öyrənmə prosesini gücləndirir, stressə qarşı müqaviməti artırır. (publika.az)

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/941313.html