Kanadanın sərt iqliminə "dözən" mobil ev - FOTO

 21:59 21.04.2021     45

"Fritz Tiny Homes" arxitektura studiyasının sahibləri olan kanadalı ər-arvad təkərlər üzərində mobil bir evin dizayn və layihəsini hazırlayaraq həyata keçiriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səyyar ev qış aylarında temperaturu mənfi 40-a enən sərt Kanada iqlimi üçün hazırlanıb. Sahəsi cəmi 24,9 metr olmasına baxmayaraq, burada komfortlu yaşamaq üçün lazımi şərait yaradılıb. Evin mərkəzi hissəsində təbii ağacdan hazırlanan möhkəm mebel dəsti, müasir məişət texnikası, eləcə də zəruri mətbəx avadanlığı ilə təchiz edilmiş mətbəx də var.

Mobil evin tikintisində yüksək keyfiyyətli materiallardan istifadə edilməklə, istilik və səs izolyasiyasına da xüsusi diqqət yetirilib.

Dizaynerlərin əsas məqsədi yığcam, uzunömürlü və enerji effektivliyinə malik mənzil yaratmaq olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/941297.html