Ramazanda ağız qoxusunun qarşısını necə almaq olar? - Məsləhətlər

 23:00 21.04.2021     49

Ramazanda yaşanan problemlərdən biri də ağız qoxusudur. Çox zaman yediklərimizə, içdiklərimizə bağlı olaraq ortaya çıxan ağız qoxusu xüsusən səhərlər daha da rahatsız edir. Amma imsak və iftarda bəzi tədbirlərlə bunun qarşısını almaq olar.

Bəs bunun üçün nə etmək lazımdır?

Milli.Az xəbər verir ki, ağız qoxusu yəni halitozis insanın həm özünü, həm də ətrafdakıları rahatsız edən, nəfəsdəki qoxudur.

Ağız qoxusunu qarşı məsləhətlər

Tərəvəz yeyən insanlarda çox ət yeyənlərlə müqayisədə daha az ağız qoxusu olur. Buna görə də tərəvəzlə qidalanmaq ağız qoxusunu azaldar.

Bu qidalardan uzaq durun

Soğan, sarımsaq və turp kimi qoxulu qidalar çiy yeyildiyi zaman ağız qoxusuna səbəb olur. Ona görə də bu qidaları yeyərkən diqqət edin.

Daha az ədviyyat istifadə edin

Çox ədviyyat istifadəsi kükürd komponentlərini artırdığı üçün ağız qoxusuna səbəb olur. Xüsusən ramazan ayında həm həzm sistemini yormamaq, həm də ağız qoxusunu azaltmaq üçün daha az ədviyyatlı yeməklər yeyin.

Qəhvəni azaldın

Qəhvə ağızda bakteriyaların artmasına səbəb olur. Ağızdakı bakteriyalar isə qoxu yaradır. Buna görə də qəhvə istifadəsini azaltmaq qoxunun azalmasına da səbəb olar.

İmsakda bu içkiləri içməyin

Çay və kola kimi içkilər ağız quruluğuna yol açdığı üçün ağız qoxusuna səbəb olur. Xüsusilə də imsakda bu içkilərdən uzaq durun.

Siqaretə "yox" deyin

Siqaret həm ağızda buraxdığı qoxu ilə, həm də səbəb olduğu diş və diş əti xəstəlikləri ilə ağız qoxusunun ən önəmli səbəblərindən biridir.

Dilin üstünü də fırçalayın

Siqareti atmaq və ya istifadəsini azaltmaq ağız qoxusunu da azaldacaq. Həmçinin bu insanların ağız baxımı sırasında dil üstünü də fırçalamaları və dil təmizləyicilərdən istifadə etməlidirlər.

Ağız təmizliyinə fikir verin

Ağız qoxusunu azaldan ən önəmli faktor mütəmadi ağız təmizliyidir.

Ramazan ayında uzun müddət maye qəbul etməmək ağızdakı turşuluğu artırır. Bu da dişlərin daha asan çürüməsinə və diş əti xəstəliklərinin ortaya çıxmasına səbəb ola bilər.

Bu müddətdə mütləq gündə ən azı 2 dəfə dişlər fırçalanmalı, dilin üstü hər fırçalamada təmizlənməli, ağız qarqaralarından istifadə edilməlidir. Xüsusən imsakdan yarım saat sonra dişləri fırçalanmaq bakteriyaların əmələ gəlməsini azaldacaq. /medicina.az

Ramazan.Milli.Az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/941482.html