ABŞ-da koronavirusa qarşı 200 milyon doza peyvənd vurulub

 23:05 21.04.2021     50

ABŞ-da koronavirusa qarşı 200 milyon doza peyvənd vurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ağ Evdə çıxışı zamanı ABŞ prezidenti Cozef Bayden deyib.

C.Bayden xatırladıb ki, o, əvvəlcə prezidentliyinin ilk 100 günündə ölkədə 100 milyon doza peyvəndin vurulmasını nəzərdə tuturdu, lakin bu, mart ayının ortalarında həyata keçirildi:

"Beləliklə mən qarşımıza prezidentliyimin ilk 100 günündə 200 milyon doza peyvəndin vurulması kimi daha bir hədəf qoydum. Biz buna nail ola bildik. Bu gün prezidentliyimin 92-ci günündə artıq 200 milyon doza peyvənd vurulub".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/941901.html