ABŞ-dan Ukrayna açıqlaması: Davam edəcəyik...

 23:18 21.04.2021     48

ABŞ hökuməti Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib.

Biz Ukraynaya, Ukrayna ilə tərəfdaşlığımıza çox sadiqik. Bu bizim üçün vacibdir. ABŞ 2014-cü ildən bəri Ukraynaya təhlükəsizlik sahəsində 2 milyard dollardan çox yardım ayırıb. Ukraynanın Rusiya təvacüzündən qorunması üçün bu ölkəyə təhlükəsizlik sahəsində yardımların çatdırılmasının üzərində işləyirik”, - Prays bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/553509.html