İndoneziyada daha bir şok: Sualtı gəmi də yoxa çıxdı

 23:35 21.04.2021     49

53 nəfərlik heyəti olan İndoneziya donanmasına məxsus sualtı gəmi yoxa çıxıb.

Axar.az xəbər verir ki, gəminin Bali sahillərinə yaxın ərazidə yoxa çıxdığı bildirilib.

Hərbi səlahiyyətlilər sualtı "KRI Nanqqala-402" sualtı gəmisi ilə əlaqənin gecə saat 03:00 radələrində kəsildiyini açıqlayıb.

Sualtı gəminin tapılması istiqamətində axtarış-xilasetmə işləri görülür.

Qeyd edək ki, daha öncə Malayziya-İndoneziya istiqamətlərində bir neçə sərnişin təyyarəsi yoxa çıxıb. Bu günə qədər edilən səylərə baxmayaraq tapılmayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/553515.html