Paşinyan Zəngəzur səfərindən qayıtdı

 23:39 21.04.2021     46

Ermənistan Baş naziri Nikol Paşinyan Sünikdən (Zəngəzur) İrəvana qayıda bilib.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Baş nazirin korteji etirazçıların arasından keçərək İrəvandakı iqamətgaha daxil olub.

Qeyd edək ki, Paşinyanın ötən gecə gözlənilmədən Sünikə (Zəngəzur) səfəri yerli əhalinin etirazları ilə müşayiət olunub. Bəzi yerlərdə sakinlər Paşinyanın kortejini yumurta atəşinə də tutublar.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/553517.html