Ürək xəstəliklərinin müalicəsində yol verilən 4 səhv - Nəyi düz etmirik?

 23:45 21.04.2021     43

Xəstələr bir az ürəyi ağrıyan kimi həkimə qaçır, fəsadlardan qorxur,amma elə ki, həkim müayinəsindən sonra müalicəyə başlayırlar, ağır simptomlar keçir, o zaman hər şeyi unudulur.

Milli.Az bildirir ki, həkimin müalicəsini yarımçıq saxlanılır, dərmanlar tam qəbul edilmir, hətta özbaşına əlavələr olunur.

Kardioloqun xəbəri olmadan ürək xəstəliklərinin müalicəsində yol verilən səhvlər hansı fəsadlara gətirib çıxarır.

1. Özbaşına müalicə, dərman seçmək

Yüksək təzyiqdən əziyyət çəkən xəstələr həkimdən də öncə aptek, qonşu, qohum məsləhəti ilə başqalarının qəbul etdiyi hansısa dərmanı içir. Bununla ilk başda təzyiq enir, xəstə düzgün yolda olduğunu düşünür. Bununla da xəstəliyi daha da dərinləşir və sonra infarkt, insult hətta ölümlə nəticələnir.

Beynəlxalq Kardiloji Cəmiyyətinin statistikasına görə 30% xəstələr həkimin təyinatını dəqiq yerinə yetirmir. Xəstələrin çoxu isə hər gün təzyiqini ölçmür.

2. Dərmanın təlimatını oxuyub qorxur, dozanı aşmır

Dərmanların içlik kağızında uzun uzadı onun təsirləri, əks göstərişləri və sutkalıq minimal maksimal dozası qeyd edilir. Amma həkim pasiyentə uyğun o dozanı az və ya çox yaza bilər. Xəstə həkimin təyinatı ilə dərmanın içliyindəki doza arasındakı fərqi görür, fərqi qəbul etmir və kağızda yazılan dozanı içib, yetərli hesab edir. Burda həkimi səhv çıxarıb, özünü haqlı hesab edir və bu barədə həkimə də məlumat vermir. Müalicə effekt vermədikdə isə günahı həkimdə görür.

3. İnternetdə çarə axtarır, həkimlərə inanmır

Bu gün internetdə simptom, xəstəlik, müalicə axtarışları o qədər asandır ki, xəstələr istənilən probleminə çarəni həkimə getməkdə yox, özünə diaqnoz tapmaqda görür.

Əgər həkimə getsələr də, ona inanmayıb, daha bir neçə həkim və qeyri-həkimlə məsləhətləşir, həkimin yazdığı dərmanlar barədə axtarış verir. Bu informasiya içində batan xəstə düzgün istiqamət seçə bilmir, hətta xəstəliyin müalicəsini də unudur.

Avropa və Amerikada pasiyentlər anlayır ki, google həkimi əvəz etmir və tibbi savad olmadan bu qədər informasiya içərisindən düzgün məlumatı əldə etmək mümkün deyil. Ona görə də işi peşəkara etibar etmək lazımdır.
Bu ölkələrdə çox dərmanları reseptsiz belə aptekdən almaq olmur, dərmanlar əlçatan deyil. Bu da yanlış müalicə və fəsadlardan xəstəni qoruyur.

Hazırda təzyiq və ürək xəstəliklərinin müalicəsində kombinə edilmiş preparatlar effektivdir, pasiyentə 2-3 tableti qəbul etməkdənsə bir tableti gündə 1 dəfə içmək daha faydalıdır.

4. Həkimdən yol verdikləri səhvləri gizlədirlər

Çox nadir xəstə var ki, müalicə vaxtı yol verdiyi səhvləri, dəyişiklikləri etiraf etsin. Dərmanı tam qəbul etməyib, az qəbul edib, pəhrizə riayət etməyib, başqa dərman alıb, 2 ay yox, cəmi 20 gün içib və s.

"Həkim yazdığını etdim, amma bir təsirini görmürəm" deyib özünü sığortalayır. Xəstəsində və analizlərdə müsbət dinamika görməyən həkim isə yanlış müalicə etdiyini və ya bu dərmanın təsirsiz olduğunu düşünüb, daha mürəkkəb dərmanlar yazır. Bu isə həmin xəstəyə lazım deyil, sadəcə yalan məlumatlar bu vəziyyəti yaradır.

Xəstə həkimlə dürüst olmalıdır. Həkimə dərmanı necə içdiyini dəqiq deməlidir. Yoxsa müalicəsi mümkünsüz ola bilər. Və uzun müddət həkimləri gəzməli olacaq. /medicina.az

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/health/938091.html