Pakistanda GÜCLÜ PARTLAYIŞ: 3 ölü, 13 yaralı

 00:13 22.04.2021     49

Pakistanın Bəlucistan əyalətinin inzibati mərkəzi olan Kvetta şəhərində otelin yaxınlığındakı parklama yerində baş verən partlayış nəticəsində azı üç nəfər həlak olub, 13 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə “Dawn” nəşri tibb işçilərinə və polis orqanlarına istinadla məlumat yayıb. Şəhər xəstəxanalarından birinin baş həkiminin sözlərinə görə, zərərçəkənlərdən ikisi kritik vəziyyətdədir.

Hadisə ilə bağlı təhqiqat aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/353635.html