Bu gün Lukaşenko Putinlə görüşəcək

 00:23 22.04.2021     51

Aprelin 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında görüş olacaq.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuatı xidməti məlumatyayıb.

Dövlət başçıları iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. Eyni zamanda görüşdə Rusiya-Belarus İttifaqı dövlətinə dair məsələlərin nəzərdən keçiriləcəyi gözlənilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/553524.html