Bilbao Avropa çempionatından imtina etdi

 00:51 22.04.2021     47

İspaniyanın Bilbao şəhəri futbol üzrə Avropa çempionatının oyunlarını qəbul etməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Şəhərlə bağlı yekun qərar cümə günü UEFA-nın iclasında veriləcək.

Hazırda Bakı, Sankt-Peterburq, Amsterdam, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London və Roma çempionatın oyunlarının azarkeşlərin iştirakı ilə keçirilməsinə qərar verib. Münhen və Dublin isə yekun qərarını açıqlamayıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/553525.html