“Silahlı qüvvələrin döyüş hazırlığı azalıb” - ABŞ-dan ETİRAF

 00:49 22.04.2021     42

ABŞ Hesablama Palatası son 20 ildə davamlı müharibələr nəticəsində silahlı qüvvələrin döyüş hazırlığının azaldığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə RT kanalı departamentin hesabatına istinadən xəbər yayıb.

Sənəd müəllifləri ABŞ-ın quruda, dənizdə, havada və kosmosda olduğu kimi kiberməkanda da əvvəlki üstünlüklərini itirdiyini bildiriblər.

Analitiklər bunu ABŞ-ın əsas rəqiblərinin - Rusiya və Çinin hərbi potensialının artması ilə əlaqələndirirlər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/353637.html