Bakıda gənc qızı avtomobil vurdu

 01:00 22.04.2021     46

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Həsənzadə Ramiyə Rəfael qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya kəllə-beyin travması diaqnozu qoyulub.

R. Həsənzadə reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/353638.html