ABŞ: Lukaşenkonun siyasəti dəyişmədikcə...

 01:12 22.04.2021     52

Vaşinqton üçün Minskdə səfirinin olması olduqca vacibdir. Lakin Belarus prezidentinin siyasəti dəyişmədikcə, işlər adi qaydada davam etməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

“Belarusla diplomatik əlaqələri qoruyuruq. Hər zaman ümid edirik ki, münasibətlərin normallaşması baş verəcək və bu, bizim hədəfimiz olaraq qalır. Səylərimizin gücləndirilməsi baxımından səfirimizin Minskdə yerləşməsi çox vacibdir”, - deyə amerikalı rəsmi bildirib.

Qeyd edək ki, ABŞ tərəfi ötən ilin avqustunda Belarusda keçirilmiş prezident seçkilərini tanımadığını açıqlamışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/553531.html