Putin hər şeydən danışdı, onu isə iqnor etdi

 01:47 22.04.2021     44

Rusiya Prezidenti Vladimir Putin bugünkü ənənəvi Federal Şura çıxışında hər mövzudan danışdı, bircə Ukrayna haqqında heç nə demədi. Halbuki, Rusiya ətrafında halqa Ukraynaya görə daralır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya liderinin bugünkü geniş çıxışına replikasında qeyd edib.

“Putin Ukraynanın şərqindəki vəziyyətə toxunmadı, müharibə ehtimalından danışmadı. Bundan bir gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Putinə Donbasın istənilən nöqtəsində görüş təklifini səsləndirmişdi. Görünür, Zelenski düşünürdü ki, Putin bir gün sonrakı çıxışında onun təklifinə cavab verəcək. Putin isə Zelenskini iqnor etdi”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/553539.html