Tovuzda birmərtəbəli ev yandı

 02:12 22.04.2021     36

Tovuz rayonunun Dönük Qırıqlı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 85 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/353644.html