Kriminal aləmdə "silah sahibi" adını alan şəxs həbs olundu

 13:49 22.04.2021     32

Dünyada ən böyük silah alverçilərindən hesab olunan Joau Filipe Barbieri həbs olunub.

Milli.Az "O Globe" nəşrinə istinadən xəbər verir ki, onu Braziliyada həbs ediblər. Barbierini Polinter - Braziliya xüsusi təyinatlı polisi ələ keçirib. Anasının evində gizlənən şəxsin bura gəlməkdə məqsədi silah satdığı şəxslərdən pulunu geri almaq və silah satışını bərpa etmək olub. Ötən il o, həbsxanadan qaçıb. 2017-ci ildə isə barəsində 27 illik həbs qərarı çıxarılıb.

Joau kriminal aləmdə "silah sahibi" adını alan Ffederiko Barbierinin ögey oğludur. Hazırda o, ABŞ-da cəza çəkir.

Kamran
Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/942081.html