"Hamı çıxıb deyir ki, mən deyiləm, otur yerində"

 13:59 22.04.2021     42

Müğənni Rəqsanə İsmayılova açıqlamasına görə onu tənqid edənlərə cavab verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Rusiyada toylara qatılmaq üçün ora üz tutan yerli müğənniləri hədələyən və təhqir edən ifaçı

"Bəsdirin, dincəlin. Yaxşı mövzu verdim, tema tutublar. O ki qaldı mən nəyi necə və harada danışmaq və demək lazımdır bilirəm. Hamı ağıllı olub, mənə ağıl verən çıxıb. Hamı çıxıb deyir ki, mən deyiləm. Bunu deməyə nə ehtiyac var? Sən deyilsən, lap yaxşı, otur yerində. Söhbətin kimlərdən getdiyini özləri də yaxşı bilirlər.

Hər birimizin həyatında səhvi olub, mənim də olub. Deyirəm ki, daha olmasın, ayıbdır, daha nə deyirəm ki... İnşallah, yəqin gedib qayıdarlar, deport olunmazlar".

Qeyd edək ki, Rəqsanənin dediyi "Toydan sonra evinizə gedin. Kişilərlə məclislərdə oturmayın" sözləri qalmaqala səbəb olub. Rusiya toylarına gedən ifaçıların əksəriyyəti məsələ ilə bağlı açıqlama verərək, Rəqsanəni tənqid ediblər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/942018.html