ABŞ səfiri Rusiyanı tərk edib

 14:19 22.04.2021     41

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan ölkəni tərk edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfir məsləhətləşmələr keçirmək üçün Vaşinqtona yola düşüb.

Qeyd edək ki, ötən həftə ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərək 10 rusiyalı diplomatı ölkədən çıxardığını elan etmişdi.

Buna cavab olaraq Rusiya ötən gün ABŞ-ın 10 diplomatını persona-non qrata elan edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/942034.html