Ağdamda mağazadan 20 min manatlıq oğurluq edən şəxslər saxlanıldı

 14:24 22.04.2021     45

Ağdam rayon sakini Rayon Polis Şöbəsinə müraciət edərək Quzanlı qəsəbəsindəki mağazasından 20 min manat dəyərində oğurluq edilməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalarla onların Ağcabədi rayon sakini Rəsul İsmayılzadə və Ağdam rayon sakini Elgün Məmmədov olduğu müəyyən edilib. Həmin şəxslər mağazadan 91 ədəd mobil telefon, 8 ədəd noutbuk və 6 ədəd planşet oğulayaraq zərərçəkmiş şəxsə 20 min manat civarında ziyan vurublar. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/942032.html