“Bravo” bu səhvə görə üzr istədi - Foto

 14:34 22.04.2021     36

“Bravo” supermarketlər şəbəkəsi marketlərin birində Ramazan bayramı ilə bağlı edilən səhvə görə üzr istəyib.

Axar.az xəbər verir ki, “Bravo Supermarket Azərbaycan” şirkəti bununla bağlı açıqlama yayıb:

"Hörmətli həmvətənlərimiz!

Marketlərimizdən birində buraxılmış texniki səhvin nəticəsi olaraq hislərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik. Qeyd etmək istərdik ki, diqqətsizlik üzündən baş verən xəta dərhal aradan qaldırılmışdır.

Biz Bravo - cəmiyyətimizin bir hissəsi olaraq, hər kəsin dini ənənə və dəyərlərinə hörmətlə yanaşırıq. Hər birinizə Ramazan ayının xoş keçməsini və imanınızın güclü olmasını arzulayırıq! Allah orucunuzu qəbul etsin!"

Qeyd edək ki, marketlərdən birində endirimdə olan araqların stendi üzərində “Ramazan ayının xüsusi təklifləri” lövhəsi yerləşdirilmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/553627.html