"Yeni Klinika" və Modul Tipli Xəstəxananın rəhbərləri BELƏ SAXLANILDI - VİDEO

 14:36 22.04.2021     29

Koronavirus xəstələrinin müalicəsini həyata keçirən "Yeni Klinika"nın direktoru Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin Tibb Baş İdarəsinin Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayevin həbs görüntüləri yayılıb.

Görüntülərdə həbs edilən şəxslərin rüşvət alarkən yaxalanması əksini tapıb.

Qeyd edək ki, hər iki şəxs bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyatla həbs olunub.

Görüntüləri təqdim edirik.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/353698.html