Ronaldonun cərimə zərbəsi zamanı etdiyi hərəkət gündəm oldu - VİDEO

 14:44 22.04.2021     31

İtaliya A seriyasının 32-ci turunda "Parma" ilə oyunda (1:3) Kriştiano Ronaldo etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, ilk hissədə "Parma"nın yarımmüdafiəçisi Qaston Bruqmanın cərimə zərbəsindən hesabı açdığı epizodda Turin təmsilçisində canlı sədddə olan futbolçulardan təkcə Kriştiano Ronaldo tullanmayıb. O, əvəzində qolu ilə üzünü örtüb. Top isə Ronaldonun başının üzərindən tora daxil olub.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/942024.html