"Koronavirusa Firuzə İbadovanın anasının yasında yoluxdum" - VİDEO

 13:44 04.05.2021     36

Əməkdar artist Nahidə Orucova koronovirus infeksiyasından sağalıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Bizimləsən" proqramında açıqlaması ilə hər kəsi təəccübləndirib. O bildirib ki, virusa Əməkdar artist Firuzə İbadovanın anasının yasında yoluxub:

"Orta ağır keçirdim. Evdə mülaicə alırdım, qəfildən pisləşdim. Boğulma, öskürək oldu. Firuzə İbadovanın anasının yasına getdim, nə edim çörək kəsmişik. Orada bir musiqiçi qadın koronovirus idi - qarmon ifaçısı Xurma. Hamını yoluxdurdu. Özü indi rəhmətə gedib. Yasdan iki-üç sonra virusun simptomlarını hiss etdim. O qadın mənə yaxınlaşdı, öpdü, foto çəkdirdi. Xəstəlikdən bir həftə sonra dünyasını dəyişdi".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/945521.html