Anar Kərimov Gürcüstana gedəcək

 14:35 04.05.2021     36

Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani və Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tərəflər həmçinin Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun bu ilin iyununda Gürcüstana baş tutacaq səfəri barədə də müzakirə aparıblar.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/556442.html