İkinci dəfə evlənən məşhur cütlüyün 100 minlik bal ayı - FOTO

 14:50 04.05.2021     40

Fevral ayında ikinci dəfə ilə quran aktrisa Burcu Kıratlı ilə müğənni Sinan Akçıl bal ayına gediblər.

Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, müğənni həyat yoldaşına sürpriz edərək Antalyada lüks otellərdən birinin bal ayı villasını kirayələyib.

Akçıl 1 həftəlik tətil üçün 100 min TL (təxminən 20 min 500 manat) ödəyib.

Qeyd edək ki, Sinanla Burcu ilk dəfə 2018-ci ildə Amsterdamda nikah masasına əyləşmişdilər. Doqquz ay sonra isə rəsmi şəkildə boşanmışdılar.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/945530.html