Müğənni Aslanın ölümü ilə bağlı tükürpədən məqam

 15:02 04.05.2021     32

Xəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza zamanı 55 yaşlı ifaçının yanında olan sərnişinin də vəfat etdiyi bildirilir.

A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi "BMW" markalı avtomobillə qarşıda hərəkət edən "Kamaz" markalı yük avtomobili ilə toqquşub.

Qeyd edək ki, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/945622.html