Prokurorluq yeniyetmənin başına daş düşməsi ilə bağlı araşdırmaya başladı

 15:14 04.05.2021     32

Bakıda binanın fasadından yeniyetmə oğlanın başına daş parçası düşməsi ilə bağlı araşdırmalar başlanıb.

Bu barədə Milli.Az-a Səbail rayon prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, aprelin 30-da Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə "kəllə-beyin travması və baş-beyin silkələnməsi" diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilib.

Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/945621.html