Azərbaycan XİN Meksikaya başsağlığı verib

 15:22 04.05.2021     31

Xarici İşlər Nazirliyi (XİN) Mexikoda metro körpüsünün çökməsi ilə əlaqədar Meksikaya başsağlığı verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə nazirliyin "Twitter" səhifəsində yazılıb.

Nazirlik bildirib: "Mexiko şəhərində metro körpüsünün çökməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Bu faciəvi qəzada həlak olanların ailələrinə, eyni zamanda, Meksika hökumətinə və xalqına başsağlığı verir və yaralananların hamısının tezliklə sağalmasını diləyirik".

Qeyd edək ki, Mexikoda hadisə nəticəsində 23 nəfər ölüb, 70-ə yaxın şəxs xəsarət alıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/945629.html