Aslan Hüseynov Gəncədə dəfn olunacaq

 15:26 04.05.2021     32

Müğənni Aslan Hüseynovun dəfn olunacağı yer məlum olub.

Milli.Az xəbər verir ki, yaxınlarının qafqazinfo-ya verdiyi məlumata görə, mərhum sənətçi Gəncədə anasının dəfn olunduğu qəbiristanlıqda torpağa tapşırılacaq.

Hazırdan onun cənazəsi Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ şöbəsindən Gəncəyə yola salınır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/945636.html