Şəmkirdə həkimlər etiraz aksiyası keçirir? - Açıqlama

 15:25 04.05.2021     29

Şəmkirdə tibb işçiləri əməkhaqlarına əlavələrin ödənilməməsinə etiraz ediblər.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Söhbət Şəmkir Mərkəzi Rayon Xəstəxanasından gedir.

Belə ki, xəstəxananın tibb işçiləri onlara ödənilməli olan əlavələrin kəsildiyini və bunun hansı səbəbdən baş verdiyini bilmədiklərini iddia edirlər. Onlar məsələnin həll olunmayacağı təqdirdə işə çıxmayacaqları və yolu bağlayacaqlarını deyiblər.

Axar.az xəbər verir ki, Şəmkir Mərkəzi Rayon Xəstəxanasından (MRX) Oxu.az-a sosial şəbəkədə yayılan videogörüntülərin köhnə olduğu bildirilib.

“Həmin məlumat hazırda aktual deyil, video köhnədir. Hazırda əməkhaqlarının alınmasında hər hansı problem yoxdur”.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/556454.html