İsmayıllı və Hacıqabul sakinlərindən silah götürüldü

 15:32 04.05.2021     33

İsmayıllı və Hacıqabul rayonlarının sakinlərində silah aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Çəmənli kənd sakini T.Haşımovdan müvafiq sənədləri olmayan İJ-16 markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Bundan başqa, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şorbaçı kənd sakini S.Cəfərovdan müvafiq sənədləri olmayan TOZ-16 markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/556457.html