Bu sistemin inkişafı CAREC çərçivəsində malların sərbəst daşınmasına gətirib çıxaracaq - Nazir

 15:35 04.05.2021     29

Tranzit-nəqliyyat informasiya sisteminin inkişafı iqtisadiyyatların daha sıx inteqrasiyasına və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramı çərçivəsində malların sərbəst daşınmasına gətirib çıxaracaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının onlayn iclasında deyib.

Nazir bildirib ki, bu sistemin inkişafı Azərbaycanın nəqliyyat və trans-sərhəd əməliyyatlarını, tranzit potensialını təkmilləşdirməyə imkan verəcək, iqtisadiyyatların inteqrasiyasına, eləcə də müəyyən gömrük prosedurları zamanı yaranan əlavə problem və məsələlərin həllinə gətirib çıxaracaq: "Bu kontekstdə beynəlxalq vergi sisteminə və hökumətlər arasında məlumat mübadiləsinə diqqət ayırmaq lazımdır".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/945643.html