Anasından 850 manat oğurlayan narkotacir saxlanıldı

 15:51 04.05.2021     28

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini E.Məmmədov Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan heroin aşkar olunub.

Barəsində aparılmış əməliyyat tədbirləri ilə onun anasının evindən 850 manat məbləğində pul, qızıl boyunbağı, iki xalça, suqızdırıcı və qab-qacaq oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/556461.html