ABŞ ən güclü raketinin sınağını keçirir

 16:04 04.05.2021     31

ABŞ sabah Minuteman III qitələrarası ballistik raketini sınaqdan keçirəcək.

Axar.az xəbər verir ki, sınaq Kaliforniya ştatının Vandenberq aviabazasında baş tutacaq. Sınağın məqsədinin raketin effektivliyi, hazırlığı və dəqiqliyinin qiymətləndirilməsi olduğu bildirilib.

Qeyd edək ki, Minuteman III raketi 1970-ci ildən ABŞ ordusunun arsenalındadır. ABŞ hərbi elitası bu raketlərin təcili dəyişdirilməsinə ehtiyac olduğunu bildirirlər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/556463.html