"Ananla cənnətdə görüşmək qismətin olsun" - Müğənni Aslanın ölümündən yazdı

 16:08 04.05.2021     34

Xəbər verdiyimiz kimi az öncə müğənni Aslan Hüseynov ağır yol qəzasında dünyasını dəyişib.

Milli.Az big.az-a istinadən xəbər verir ki,  hər kəs kimi sənət yoldaşları da onun qəfil ölümündən kədərlənib. Nadir Qafarzadə Aslanın fotosunu paylaşaraq:

"Nə bilim vallah. Yəni, sözüm bitib, heç nə yaza bilmirəm. Allah, özün bilən məsləhətdir. Dünyanın ədalətinə bax, bir həftənin icində ana və oğul. Aslan, ananla cənnətdə görüşmək qismətin olsun. Amin" sözlərini yazıb.

Qeyd edək ki, bir həftə öncə Aslanın anası da dünyasını dəyişib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/945637.html