Jurnalistlərə vaksinin ikinci dozasının vurulacağı tarixlər açıqlandı

 16:10 04.05.2021     32

May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında "COVID-19" əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq.

Mətbuat Şurasından Milli.Az-a verilən məlumata görə, aprelin 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-si və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birinci dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasında aparılacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/945655.html