"Telegram"ın işində qüsurlar yaranıb

 16:20 04.05.2021     31

"Telegram" messencerinin işində qüsurlar yaranıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qüsurlar barədə şikayət, əsasən Rusiya ərazisindən daxil olub.

Qeyd olunur ki, şikayətlərin 84 faizi messencerə daxil ola bilməmək, 15 faizi ismarıc göndərməklə bağlı olub.

Qüsurlarla bağlı "Telegram" rəhbərliyi hər hansı açıqlama verməyib.

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/945605.html