ABŞ-la İran nüvə razılaşmasına yaxındır – İsrail KİV

 16:22 04.05.2021     33

Mətbuata sızdırılan informasiyalardan aydın olur ki, ABŞ-la İran nüvə razılaşmasının əldə olunmasına yaxındır.

Axar.az xəbər verir ki, bu məlumatı “Tayms of İsrail” qəzeti yayıb.

Məlumata görə, artıq yüksək vəzifəli diplomatlar Yaxın Şərqi ziyarət edib və Fars körfəzinin ərəb ölkələrinin liderləri ilə görüşlər keçiriblər.

Qəzet regiona razılaşmanın iki qatı əleyhdarı - senatorlar Kris Kuns və Kris Mörfinin də gəldiyini bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/556467.html